Mikayıl Cabbarovun qanını qaraldacaq daha bir ünvan
Tarix: 10-09-2015, 10:55 |
Çap et
Respublika İncəsənət Gimnaziyasının direktor müavini bazar açıb.
TİA.AZ-a verilən məlumata görə, Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən təhsil ocağının direktor müavini işləyən Zeynəb Cəfərova şagird qəbulunda alveri gücləndirib. Onun bazar tarifi 1000-1500 manat civarında dəyişir.
Bu ilin martında müavin vəzifəsinə təyin edilən Z.Cəfərova gələr-gəlməz öz istedadını nümayiş etdirib. Onun uşaq qəbulunda qoyduğu şərtlər isə direktorun da ürəyincə olub. Direktor bu prosesdə özüün iştirakı olmasın deyə müavini qabağa çəkib.
Mənbə bildirir ki, müavin isə yeni vəzifəsində məharətini göstərmək və daha çox qazanc əldə etmək üçün bu missiyanı yerinə yetirməkdən imtina etməyib. Əksinə, Cəfərova böyük şövqlə işini işcra etməkdədir.
Üstəlik, gimnaziyanın müavini şagirdlərə qarşı kobud rəftarı ilə ad çıxarıb. Onun məktəbdə şagirdlərə qaba davranan dirketor müavini yalnız tələb etdiyi hesab ona çatanda güləriz müəllimə obrazında görünür.
Qaynağımız qeyd edir ki, rüşvət yığımının başında dayanan Z.Cəfərova nə əməlindən çəkinir, nə də Təhsil Nazirliyini sayır. Artıq barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müracətlər daxil olub. Hətta şagirdlərdən fond pulu yığılmasına da özü rəhbərlik edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.