Azərbaycanda polis işçisi rüşvət alabilmədiyi üçün döyüldü və işdən qovuldu
Tarix: 8-09-2015, 10:24 | Çap et
Azərbaycanda polis işçisi rüşvət alabilmədiyi üçün döyüldü və işdən qovuldu
Maraqlı və canüşüdücü olan hadisə Baş Dövlət Yol Polis İdarəsinin nəzdində Ekoloji Nəzarət Üzrə Bölüyündə baş verib. Polis serjantı, 1982-ci il təvəllüdlü Xəşəlov Rəşid Mədəd oğlu iş vaxtı 28 avqust 2015-ci il tarixdə tağım komandiri , polis kapitanı Məmmədov Eldar tərəfindən döyülüb. Hadisədən bir neçə gün sonra, yəni sentyabrın 3-də qanunsuz olaraq işdən azad edilib.
Vertikal.az xəbər verir ki, haqsız təzyiqlərə məruz qalan Rəşid Mədəd oğlu Xəşəlov bildirir ki, “mərhum general Rasim Musayevin yaxın qohumu olan polis polkovnik-leytenatı Fuad Mayılov bölük komandirimiz idi. Mən hər növbədə olarkən tağım komandiri kapitan Eldar Məmmədov tərəfindən haqsız yerə danlanır, pis-pis söyüşlərə məruz qalırdım. Yanız bir şeyin üstündə. Belə ki, ölkədə rüşvəıtxorluğa və korrupsiyay qarşı mübarizə aparıldığı bir zamanda, məcbur edirdilər ki, şərləyib gəlib-gedən yol nəqliyyat vasitələri sürücülərindən pul yığmalısan. Mən də açığı bu məsələdən qorxuram. Kimsəsiz adamam.
Məntəqədə növbədə olan 4 nəfərdən 3-ü bunu etsə də, açığı mən çəkinirdim. Bunun üstündə məıni şərləyib,“Işləyə bilmirsən”, - deyərək elə Məmmədov Eldar tərəfindən döyüldüm. O, məni sillə, təpik və yumruqla döyəndə bölük komandiri Fuad Mayılov da yanımızda idi. Məni döyən kapitanı kənarlaşdırmaq əvəzinə, uca səslə ona deyirdi ki, “ayə, öldür bu yaramazı, bir az da bərk vur!”
Döyülmə hadisəsindən sonra, Rəşid Xəşəlov Bakı Şəhər Səhiyyə İdarəsinin “Kliniki Tibbi Mərkəzi”-dən qapalı kəllə-beyinindən travma alması haqqında rəsmi “Forma №027/U” saylı sənəd də almışdır.
Zərərçəkən Xəşəlov Rəşid onu da bildirir ki, “növbə ərzində bölük komandiri olan Fuad Mayılova 700 manat verilməliydi. Verilirdi də. Bunun müqabilində hər birimizə növbə vaxtı 15 manat”zəhmət haqqı” çatırdı.
Ölkə başçısı İlham Əliyevin aprdığı siyasətin üstünə kül tökən Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, polkovnik-leytenant Fuad Mayılovun və kapitan Eldar Məmmədovun ağlasığmayan hərəkətləri ilə bağlı, ikibaşlı zərərçəkən Xəşəlov Rəşid Mədəd oğlu başda prezident olmaqla bir sıra aidiyyəti dövlət orqanlarına haqlı şikayət ərizələri ünvanlamışdır.
Analoqu olmayan məsələnin nəticəsi ilə bağlı Azərbaycan ictimaiyyəti məlumatlandırılacaqdır.
İlham Hacalı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net