Gödəkqobu kəndini İxtiyarovlar inhisara alıb - Zərdabda
Tarix: 7-09-2015, 09:59 |
Çap et
“Zərdab rayonu Gödəkqobu kəndini İxtiyarovlar inhisara alıb öz şəxsi mülkiyyətinə çevirib camaatı zəlil ediblər.Belə ki, Zərdab Rayonu İcra Hakimiyəti Başçısının Gödəkqobu kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Müzəffər İxtiyarovla, qardaşı oğlu Gödəkqobu bələdiyəsinin sədri Kapitay İxtiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edib əlbir olub kənddə yerləşən 16 hektar ərazini əhatə edən gölü qanunsuz olaraq saxta sənədlərlə zəbt ediblər.Hansı ki, dədə-babadan həmin göldən kənd camaatı balıq tutub, quş ovlayıb bundan faydalanırdılar.İndi isə İxtiyarovlar quruplaşması həmin gölü zəbt edib balıq saxlatdırıb satıb mənfəət əldə edirlər, kənd camaatını gölə həsrət ediblər.Bu göl kənd camaatına məxsusdur, camaat bu gölü göz bəbəyi kimi qoduyub saxlayıbdır.İndi isə həmin gölün balığına, quş ovuna həsrət qalmışıq.Bu göldə hər il tonlarla balıq olur ki, bundanda kənd camaatı faydalanırdı.İndi bu İxtiyarovlar quruplaşması yaxın qohumları Bayram Novruzovun adına saxta icarə sənədi tərtib edib gölü qanunsuz olaraq zəbt ediblər.Həmin sənədlər yoxlanılarsa saxta olduğu aşkarlanacaq.Həmin göldə saxlanılıb satılan balıqdan əldə edilən gəlirin məbləği küllü miqdardadır, ancaq dövlət vergisi də verilmir.Bu barədə Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütfəli Babayevə etdiyimiz şikayətlərə baxılmayıb heç bir tədbir görülməyib. Buna görə də mətbuata üz tuturuq . Bu saxtakarlıq faktları yoxlanılmalı və İxtiyarovlar barəsində tədbirlər görülməlidir. Sizdən xahiş edirəm bizə kömək edin bir tədbir görülsün”.
Qarşı tərəfin də fikirlərini öyrənə bilərik.