Hakimiyyətin seçkidən sonrakı planı
Tarix: 2-09-2015, 10:31 |
Çap et
Xəbər verildiyi kimi artıq Azərbaycanda yaşayış yeri barədə arayışları da ASAN xidmət verəcək. Ölkə başçısı Ilham Əliyev bununla bağlı fərman verib.
Indiyə qədər bu arayışlar mənzil-istismar sahələri (MIS) tərəfindən verilirdi. Fərman həmçinin mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunun elektron bazasının yaradılmasını nəzərdə tutur. Indiki vəziyyətə görə isə mənzil-istismar sahələrində qeydiyyat uçotu barədə informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır.
Bu arada "Azadlıq" qəzeti xəbər yayıb ki, bu fərmanın kökündə MIS-lərin ləğvi dayanır. Lakin hakimiyyəti MIS-lərin ləğvini parlament seçkilərindən sonraya saxlayıb. Parlament seçkiləri başa çatdıqdan sonra isə MIS-lər ləğv ediləcək.
Mia.az-ın əldə etdiyi məlumata görə, ləğv ediləcək MİS-lərin səlahiyyətləri iki qurum arasında bölünəcək: "ASAN-Xidmət"lə yerli bələdiyyələr arasında!