Zaur Hüseynovun çevrəsində nə baş verir?
Tarix: 12-08-2015, 10:52 |
Çap et
“Bakı “Metropoliteni və “Azərtunelmetrotikinti” SC birləşdirilərək QSC yaradıldı. 2013-cü ilin dekabr ayından hər iki quruma Zaur Hüseynov rəhbərlik etdi. Birləşmədən sonra “Bakı Metropliteni”ndə, həm də “Azertunelmetrotikinti” SC-də çalışan vəzifəli şəxslər narahat olmağa başladılar. Çünki, neçə illərdən bəri hər iki qurumda vəzifəsi olan şəxslərin mənimsəmə faktları aşkarlanıb, ifşa olunmaq təhlükəsi mümkün idi. Elə bu səbəbdən mətbuatda Zaur Hüseynovun təsadüfi bir şəxs olub, “Bakı Metropliteni” QSC-ni idarə edə bilməyəcəyinə dair fikirlər yer almağa başladı. Tağı Əhmədov və ətrafının əvəzsiz olmasına dair yayılan informasiyalardan aydın olurdu ki, köhnə rəhbərlik hələ də işdən çıxarılmasının şokunu yaşayır. Bir neçə dəfə qatarların tuneldə qısa müddətli qalması və s. hallar hər iki qurumda dövlət vəsaitini mənimsəmiş şəxslərə panika yaratmağa imkanlar verdi. Təkcə metronun Elmlər Akademiyasında sərnişin sıxlığının aradan qaldırılmasını qısa zamanda Zaur Hüseynovun qismən həll edə bilməsi sübut etdi ki, yeni rəhbərliyin metropoliten barədə təsəvvürləri heç də Tağı Əhmədovdan geri qalmır. Zaur Hüseynovun bundan sonra irəli gedib kadr dəyişikliyi etməsi hər iki qurumda çalışan şəxsləri məyus etdi, digərləri isə reallıqla barışdılar.
Vertikal.az bildirir ki, işdən çıxarılan idarə rəislərinin sırasında “Azərtunelmetrotikinti” 2 saylı Tikinti İdarəsinin rəisi Vəli Məmmədov da vardı. Hazırda məlumatlar var ki, 2 saylı Tikinti İdarəsinin rəisi olmuş Vəli Məmmədov işinə təkrar bərpa olunur və bundan sonra rəhbərlik edəcəyi idarənin adı 2saylı Tikinti İdarəsi deyil, 2 saylı Tunel Tikinti Dəstəsi adlandırılacaq. Və o da məlumatlarda yer alır ki, Vəli Məmmədov işdən çıxarıldıqdan sonra onun vəzifəsini baş mühəndis Mamed Həsənov icra edib. İdarədə Mamed Həsənovun özü də narazılıq yaradıb. O iscilərin öz hesabəna məzuniyyətə göndərilməsindən kifayət qədər suii istifadə edib. İdarəyə rəis olmaq istəyib . Bu mumkun olmadıqda deyib ki Vəli müəllim özünü aparıcı nazirlərdən birinə tapşıra bilib. Zaur Hüseynov da adını qeyd etmədiyimiz nazirin sözünü yerə salmayıb, Vəli Məmmədovun işinə bərpa olunacağına dair əminliyini ifadə edib. Hal hazırda sözü gedən idarəyə rəis Məzahir Nəbiyev təyin olunub.