Prezidentin çıxışı əli çirkaba bulaşan icra başçısını qorxuya saldı
Tarix: 17-07-2015, 10:27 | Çap et
Prezidentin çıxışı əli çirkaba bulaşan icra başçısını qorxuya saldı
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı bir çox maraqlı mövzulara toxunulub.

İlham Əliyev bəzi nazirliklərə hüquq mühafizə orqanları, icra hakimiyyətlərinə sərt xəbərdarlıq edib. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib:
“Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.
Prezident İlham Əliyevin bu çıxışından sonra Vergilər Nazirliyində və hüquq mühafizə orqanlarında işlər görülməyə başlanılıb. Ancaq icra hakimiyyətləri hələki gözləmə mövqeyi tutur. Bunun ən böyük səbəbi, icra hakimiyyətlərinin əsas gəlir mənbəsinin sahibkarlar üzərindən icra başçısının tapşırığı ilə yığılan “şapka”lardı. “Şapka”ların ləğv edilməsi isə icra strukturları üçün əsas gəlir itkisi deməkdir.
Ancaq prezidentin vəziyyətdən xəbərdar olması və Bakı ətrafı rayonlarda çalışan iri sahibkarların icra başçılarının əlindən son çarə kimi prezidentə ünvanladıqları şikayət məktubları icra başçılarını qorxuya salıb.
Təsadüfi deyil ki, president öz çıxışında sahibkarlara qorxamamağı və məktublarla, electron poçtlarla ona bütün məlumatları verməyə səsləmişdi.
Zakir Fərəcov ya cibini seçəcək, ya da “kreslosunu”
Hər ay iri sahibkarlardan aldığı “şapka”lar hesabına özünə böyük sərvət yığan və bu məsələdə hakimiyyətin poçt qutusuna haqqında daha çox şikayət ərizəsi daxil olan icra başçılarından biri də Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovdur.
2005-ci ildən bu günə kimi Abşeron Rayon İcra hakimiyyətinə öz rüşvətxor komandası ilə “kök atan” Zakir Fərəcovun müflisləşdirdiyi sahibkarların sayı demək olar ki, sayı hesabı yoxdur.
Hakimiyyət daxilində olan etibarlı mənbədən AZXEBER.COM-a verilən məlumata görə, Zakir Fərəcovun sahibkarlara qarşı başlatdığı müflisləşdirmə siyasəti haqqında artıq ölkə başçısına məlumat verilib.

Zakir Fərəcovu ən çox qorxuya salan problem – Vəsilə Həsənova cinayəti
Zakir Fərəcovun hakimiyyət qarşısında səhvləri təkcə sahibkarları sıradan çıxartmaqla bitmir. Artıq başçının adı bir çox kriminal hadisələrlə də mətbuatda hallanır.
Zakir Fərəcov haqqında gedən şikayət məktubları, sahibkarların üsyanı ilə yanaşı icra başçısının yaşadığı ən böyük problemlərdən birincisi elə bu ilin iyun ayında yaşanıb.
Xatırlayırsınızsa iyunun 7-də Saray bələdiyyəsinin sədri, 39 yaşlıVəsilə Həsənovanın və onun həyat yoldaşıVəfadar Həsənovun qətli gündəmin əsas xəbəri idi. Aparılan araşdırmalardan sonra cinayəti törədənin mərhum Vəsilə Həsənovanın sürücüsü Fədail Hüseynov olduğu ortaya çıxmışdı.
Cinayətkarın mərhum bələdiyyə sədrinin torpaq işlərində tapşırıqlarını yerinə yetirən ən yaxın adamı kimi tanındığı iddia olunurdu.
Və təbii ki, qətlin törədilməsində əsas amilin torpaq satışı ilə bağlı olması prosesdə daha bir isimin ortaya çıxmasına səbəb olub. Bu Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ismidir.
Xatırladaq ki, cinayətin törədilməsindən bir müddət sonra mətbuatda bu məsələ ilə bağlı maraqlı faktlar ortaya çıxardılmışdı. Belə ki, cinayəti törədən Fədail bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısıNərgizxanımın da sürücüsü işlədiyi, Z.Fərəcovun Abşeron rayon İcr Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcovvə qətlə yetirilən bələdiyyə sədri ilə əlbir olduğunu yazmışdılar.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net