Şəmkirdə yaranan gərginlik qarşıdurmaya səbəb ola bilər
Tarix: 2-07-2015, 10:54 | Çap et
Şəmkirdə yaranan gərginlik qarşıdurmaya səbəb ola bilər
“Dövlət iki şeydən sarsılır, günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” Heydər Əliyev.Ötən ilin oktyabr ayının 7-də ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Alimpaşa Məmmədovu rayon ictimaiyyətinə təqdim edən Prezident Adminstrasiyası rəhbərinin müavini, Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdalıyev olub. Məlumatlı şəxsin bildirdiyinə görə təqdimat mərasimindən sonra Zeynal müəllim Alimpaşa Məmmədova deyib: “Prezidentin tövsiyələrini yaddan çıxarma, camaatla yola get”. Lakin yeni başçı elə ilk günlərdən rayonun rəhbər kadrlarını hədəfə aldı və onlardan bir neçəsini müxtəlif bəhanələr gətirərək işdən azad etdi. Bu gün, Alimpaşa Məmmədovun icra başçısı postuna təyinatında cəmi 9 ay keçməsinə baxmayaraq, rayonda sadə insanlar, məmurlar, sahibkarlar və iş adamları arasında gərginlik səngimək bilmir. Bunun isə bir neçə səbəbi var. Bu səbələrdən birincisi və bəlkə də ən önəmlisi ötən müddət ərzində başçının rayonda həyata keçirdiyi “torpaq müsadirələri”dir. Bu xüsusda məlumatları təqdim edən mənbələr bildirirlər ki, Aslan Aslanovun və Nazim Veysovun Şəmkir RİH-nə rəhbərlik etdikləri dövrlərdə kimi borca girməklə, kimi isə uşaqlarının “boğazından kəsməklə” torpaq sahəsi alan vətəndaşların əllərindən həmin torpaqlar məhz Alimpaşa Məmmədov tərəfindən, həm də bu sahələrin qeyri-qanuni verildiyinə dair əsassız bəhanələr gətirilərək alınmışdır. Təbii ki, bu kimi haqsızlıqlar yerli sakinlərin narazılığına səbəb olmaya bilməz. Amma məhz bu narazılıqlar da rayonda yaşanan gərginliyi şərtləndirən ikinci səbəbin əmələ gəlməsinə şərait yaradıb. Belə ki, etirazların getdikcə daha böyük rezonans yaradacağından ehtiyat edən başçı, bunun qarşısını almaq üçün radikal tədbirlərə əl atıb. Bu xüsusda mənbələr iddia edirlər ki, bu gün Şəmkirdə məmur özbaşınalıqlarına qarşı etirazlarını bildirən vətəndaşların polis şöbəsinə aparılaraq onlara hədə-qorxu gəlinməsi artıq adi hala çevrilib. Nəhayət, rayonda gərginliyin getdikcə artmasına səbəb olan üçüncü amil, Alimpaşa Məmmədov tərəfindən Şəmkirin müəssisə və təşkilat rəhbərlərinə, iş adamlarına və sayılıb-seçılən nüfuz sahiblərinə qarşı sərgilədiyi alcaldıcı davranış tərzidir. Bu xüsusda açıqlamalarda bildirilir ki, başçı qəbul günlərində mütəmadi olaraq, rayonun güc strukturlarının rəhbərləri (prokuror, polis rəisi və s.) qarşısında vətəndaşlara yerli-yersiz iradlar tutmaqla və hədə-qorxu gəlməklə onlara psixoloji təsir göstərməyə cəhd edir.Bu arada isə Şəmkirdəki vəziyyətlə bağlı məlumatları təqdim edən mənbələr, Alimpaşa Məmmədovun karyera yüksəlişinin də bir çox maraqlı məqamlarına diqqət yetiməyi tövsiyyə edirlər. Məlum olduğu kimi, bu məmur əvvəllər Vergilər Nazirliyinin strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. Açıqlamalarda bildirilir ki, Səlyan və Sumqayıtda Vergilər İdarəsinin rəisi işləyən zaman, Alimpaşa Məmmədov sahibkarlara qarşı irəli sürdüyü qeyri-qanuni tələblərinə və nümayiş etdirdiyi qərəzli münasibətinə görə “sahibkarların qənimi” təxəllüsünü və sonra bir az daha irəli gedərək Vergilər naziri Fazil Məmmədovun “vuran əli” titulunu qazanıb. Bu yerdə “elin gözü tərəzidir” misalı yada düşür. Bu “fəxri” adlar və A.Məmmədovun iki dəfə həbs olunma təhlükəsi ilə qarşılaşması, hətta Vergilər Nazirliyindən uzaqlaşdırılması və nəticədə 2 il işsiz qalması haqqında məlumatlar müxtəlif KİV-də dəfələrlə işıqlandırıldı. Bu gün isə Alimpaşa Məmmədov “fəxri” adlarına sadiq qalıb, Şəmkirdə də sahibkarlara və iş adamlarına qarşı Səlib yürüşünə başladı. Belə ki, rayonun ərazisində yerləşən sahibkar obyektlərini heç bir əsası və məhkəmə qərarı olmadan, kompensasiya verilmədən güc strukturlarının təzyiqi altında sökdürməyə başlayıb. O, himayədarlarına güvənərək, öz əmlak hüququnun pozulmasına etiraz edən sahibkarları qondarma ihtihamlarla təhdid edərək, rayonun polis şöbəsinə və prokurorluğuna həmin insanlara qarşı qəti tədbirlər görülməsi barədə qərəzli tapşırıqlar verib. Qaynağımız bildirir ki, rayonun Mərkəzi Xəstəxanasının ətrafında və Dəllər qəsəbəsi ərazisində A.Məmmədov polisin iştirakı və ağır texnikanın gücü ilə sökdürdüyü obyektlərə görə sahibkarlara kompensasiya verilməsindən imtina edir. Rayonda şayələr gəzir ki, A.Məmmədov məhz himayədarı F.Məmmədovun göstərişi ilə sökülən obyektlərə görə konpensasiya ödəmir. Bəzi mənbələr isə bu şayiələrin də başçı tərəfindən qəsdən yayıdığını vurğulayırlar.Daha bir maraqlı fakt bundan ibarətdir ki, F.Məmmədov hələ A.Aslanovun Şəmkirə rəhbərlik etdiyi dönəmdə Alimpaşa Məmmədovu bu rayonun Vergilər İdarəsinə rəis təyin etmişdi. Lakin bir neçə aydan sonra A.Aslanovun təpgisi ilə A.Məmmədov tutduğu vəzifədən alınaraq, rayondan uzaqlaşdırıldı.Hətta deyilənə görə A.Aslanov onu həbs etdirmək istəyirmiş. İndi isə rayona başçı təyin olunmuş Alimpaşa Məmmədov öz sələfindən almaq istədiyi qisası Şəmkir sakinləri olan bəzi məmurlara, sahibkar və iş adamlarına yönəldir, işini “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə qurur. Mən bir Şəmkirli kimi bu rayonda sahibkar və iş adamlarının bəzilərinin yaşının 50-60 civarında olduğunu bilirəm. Həmin şəxslər illərlə öz vəsaitləri hesabına qurduqları obyektlərinin real dəyərinin heç müəyyən hissəsini də ala bilmədikləri üçün, onlara həm mənəvi, həmi də maddizərbə dəyir. Hətta obyekti sökülən bəzi şəxslər əsəb sarsıntısı keçiriblər. Alimpaşa müəllimin sayəsində onlarda ruh düşgünlüyü, qanunlara və dövlətə inanmsızlıq yaranıb.Xatırladım ki, yaxın keçmişdə İsmayıllı və Quba rayonlarında da RİH başçıları idarəetmədə qərəzli və kobud səhvlərə yol verdikləri üçün hər iki rayonda kütləvi ixtişaşlar baş vermişdi. Buna görə də, hər iki rayonun icra başçıları öz vəzifələrini itirdilər. Hər iki rayonda günahkar, günahsız onlarla insan həbs olundu. Bir müddət əvvəl Gəncə şəhəri Nizami rayonunun İcra Hakimiyyəti başçısı, onun müavini və beş polis əməkdaşı Kəlbəcər qaçqınlarının kütləvi narazılığı nəticəsində xəsarət alaraq xəstəxanaya düşdülər. Bu faktlara səbəb adları çəkilən bölgələrdə İHB-nın öz himayədarlarına, güc strukturlarına güvənərək ambisiyalarından əl çəkməmələri, qərəzli mövqeylərini möhkəmlətmək istəyi ilə narazılıq yaratmaları və ekstremal vəziyyətlərdə düzgün qərar qəbul edə bilməmələri olub.Tarixi vərəqləsək görərik ki, kütləni idarə etmək xüsusi istedad tələb edir. Eyni zamanda bəstəboy insanlar çox ambisiyalı, çox iddialı və hökümlü (hakimiyyətpərəst) olurlar. A.Məmmədov da bu gün öz himayədarlarına, ilk növbədə Vergilər naziri Fazil Məmmədova, Nəqliyyat naziri Ziya Məmmədova və təsiri altına aldığı güc strukturlarına güvənərək özünü çox iddialı aparır, öz ambisiyalarından çıxış edir.Ancaq bu bəstəboy insan 2013-cü ilin yay aylarında Şəmkirdə xarici turistlər kimi “şortik”lə gəzib, rayonun abadlaşdırılmasına rəhbərlik edənlərdən biri olub. Ona görə də o, şəffaflıqdan danışanda gərək bir qədər ehtiyatlı olsun. Unutmasın ki, rayonun abadlaşdırılması hələ tam başa çatmayıb, ancaq ayrılan vəsait deyilənə görə xərclənib, pay-puş olub və nə qədər insan bu günə kimi də, əmək haqqlarını ya almayıb ya da qismən alıb. Alimpaşa müəllim onu da unutmasın ki, hər şeyin bir son həddi var. Narazi insanların səbr kasası dola bilər. Atalar demişkən, mərdi qova-qova namərd etməzlər, yoxsa gün gələr, ac qarın qılınca çapar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net