Bakıda bir təhsil ocağında dəhşətli mənzərə...
Tarix: 1-07-2015, 10:33 | Çap et
Bakıda bir təhsil ocağında dəhşətli mənzərə...
Bakı Kompüter Kollecinin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun rüşvət üstündə həbs edilməsindən artıq 6 aya yaxın bir müddət keçib. Bu müddət ərzində kollecdə yaxşılığa doğru nələr dəyişib, hansı yeniliklər baş verib, demək olar ki, bu barədə heç bir məlumat yoxdur. Kollecin rəhbərliyi bu korrupsiya biabırçılığının hər vasitə ilə ört-basdır edilməsinə çalışır. Təəssüf ki, onun bu çalışmaları bəzi qurumların nümayəndələri tərəfindən müəyyən qarşılıq tapır da.

Qəribədir, ortada çox ciddi bir fakt olduğu halda, hamı, xüsusən də Bakı Kompüter Kollecinin direktoru İradə Səfərova özünü elə aparır ki, guya sən deyən elə qorxulu bir şey baş verməyib. Axı, prokurorluğun yaydığı rəsmi məlumatda deyilir ki, şöbə müdirinin həbsindən sonra kollecdə rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu məlumatın ardınca kollecdə fəaliyyət göstərən korrupsiya qruplaşmasının ifşası gözlənilirdi. Adətən belə situasiyalarda, əsas şübhəli şəxs kimi kollecin direktoru istintaq orqanlarının diqqətini cəlb edir. Lakin, Kompüter Kollecində işləri deyəsən, elə istiqamətə yönəldiblər ki, nəinki direktor, hətta həbs edilmiş şöbə müdiri də ortada heç nə baş verməyibmiş kimi, cəzadan yaxalarını qurtarmaq imkanı qazanmış kimi görünürlər. Özünüz fikirləşin, bu gün hansı təhsil müəssisəsində rəhbərdən xəbərsiz tələbədən rüşvət tələb etmək olar? Əksər kolleclərdə rüşvət o qədər adiləşib ki, bu barədə inkar dilində danışmağın özü belə gülünc görsənir. Şöbə müdiri rüşvət alarkən yaxalanmış Bakı Kompüter kollecinin direktoru İradə Səfərovanın isə hər vasitə ilə məsuliyyətdən yaxasını kənara çəkməyə çalışır. Eşitdiyimizə görə həbs olunan Ələddin Səfərovun da tezliklə bəraət alacağına ümid bəslənilir. Bu ümidi verənlərdən birinin də məhz İradə xanım olduğu iddia edilir. Elə isə sual olunur:axı nə baş verir? Doğrudanmı, kollec müəlliminin həbsi səhv bir addım kimi qiymətləndirilə bilər. Əgər bu baş versə, bəs edilən istintaq hərəkətlərinin məsuliyyəti kimin boynuna düşəcək? Bu baxımdan, düşünürük ki, istintaq orqanları rüşvət üstündə məhkəməyə çəkilmiş sabiq şöbə müdiri Ələddin Səfərovun ifşa edilməsi üçün hərəkətə keçməlidir. Bu məsələdə Təhsil Nazirliyinin mövqeyi də bir qədər anlaşılmaz təsir bağışlayır. Normal məntiqə görə, Ələddin Səfərovun həbsindən dərhal sonra kollecin direktoru vəzifəsindən kənarlaşdırılmalı idi. Ən azı ona görə ki, bu tədbr istntaqın gedişinə müsbət təsir göstərə bilərdi. Lakin direktor hələ ki, öz vəzifəsindədir. Bu da azmış kimi, İradə Səfərovanın şöbə müdirinə öz kanalları vasitəsilə hər cür dəstək verdiyi barədə xəbərlər var. Kollecin tələbə-müəllim heyətində isə bu rüsvayçılığı susqun şəkildə müşahidə edirlər.Belə qənaətə gəlmək olar ki, təhsil müəssisələrində həyata keçirilən antikorrupsiya tədbirləri gözlənilən nəticəni vermir. Bu barədə yaxşı-yaxşı düşünməyin zamanı gəlməyibmi?
Gündəlik Bakı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net