Sıra icra başçılarına da çatdı-SİYAHI
Tarix: 30-06-2015, 10:39 |
Çap et
Ötən gün xəbər vermişdik ki, Azərbaycan iqtidarı iyunun sonları-iyulun əvvəllərindən etibarən yeni komanda qurmaq üçün addımlar atacaq. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, proses ilk olaraq baş nazirlik postundan start götürəcək və bəzi nazirlər və komitə sədrlərini də əhatə edəcək.
Bu gün aldığımız məlumatda isə bu dəyişikliyin təkcə nazir və komitə sədrləri ilə yekunlaşmayacağı vurğulanıb. Qeyd olunur ki, proses həmçinin bir çox rayonları da əhatə edəcək. İlkin məlumatlarda bəzi icra başçılarının vəzifəsindən alınacağı deyilsə də, bunun bəzilərinin yerdəyişmə ilə yekunlaşacağı da iddia olunur. İşdən çıxarılacağı deyilən icra başçılarının adları aşağıdakılardır:
Alı Alıyev-Füzulinin icra başçısı;
Vilyam Hacıyev- İmişlinin icra başçısı;
Nizaməddin Quliyev- Goranboyun icra başçısı;
Tofiq Zeynalov- Tovuzun icra başçısı (yeri dəyişdirilə bilər);
Mübariz Əhmədzadə- Zaqatalanın icra başçısı;
Musa Şəkəliyev - Qaxın icra başçısı;
Elxan Usubov - Şəkinin icra başçısı;
Qəzənfər Ağayev - Astaranın icra başçısı;
Lütfəli Babayev - Zərdabın icra başçısı;
Eldar Əzizov - Sumqayıtın icra başçısı (yeri dəyişdirilə bilər);
Şair Alxasov- Qusarın icra başçısı (yeri dəyişdirilə bilər);
İsmayıl Vəliyev - Neftçalanın icra başçısı;
Nəsimi Məsməliyev - Nəsiminin icra başçısı;
Xaləddin İsgəndərov - Binəqədinin icra başçısı;
Zakir Fərəcov - Abşeronun icra başçısı;
Asif Ağayev- Şamaxının icra başçısı;
Ənvər Seyidəliyev- Ağsunun icra başçısı;
Mirdaməd Sadıqov- İsmayıllının icra başçısı.
Rafil Hüseynov- Masallının icra başçısı;
Qeyd edək ki, bunlar ilkin siyahının tərkib hissəsidir. Bu siyahının daha böyük ola biləcəyi də bildirilir.