«Sosial Müdafiə Mərkəzinin rəhbərliyinin gözünü rüşvət tutub»
Tarix: 1-06-2015, 17:45 |
Çap et
Şamaxı rayon, Quşçu kənd sakini, 1-ci qrup əlil Eyvaz İsmayılov yerli Sosial Müdafiə Mərkəzini rüşvətxorluqda ittiham edib. O JAM.AZ-a göndərdiyi məktubunda vurğulayıb ki, 9 nəfərdən ibarət ailə üzvləri var və onların heç biri işləmir.
Onun sözlərinə görə, 2013-2014-cü illərdə Şamaxı Sosial Müdafiə Mərkəzi onun vəziyyətini nəzərə alaraq, ünvanlı sosial yardım almasını təmin edib. Lakin bu ildən etibarən onun etdiyi bütün müraciətlər cavabsız qalıb. Eyvaz İsmayılov qeyd edir ki, onu SMM-də incidirlər və sənədlərinə də baxmırlar. «Mənim nə maşınım var, nə də heyvanlarım. Kasıb adamam və 9 ailə üzvüm də işsizdir. Ünvanlı sosial yardım mənim qanuni haqqımdır. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxıdakı şöbəsinin rəsmilərinin gözünü rüşvət yumub. Ağır xəstə olaraq onlara etdiyim müraciətlərə baxmırlar. Heç cavab belə vermirlər. Mən müvafiq dövlət qurumlarından yardım istəyirəm».
Qarşı tərəfi də ittihamlardan dolayı dinləməyə hazırıq.