“Politico”: ABŞ Ukraynaya Rusiya ilə sülh bağlamayana qədər təhlükəsizlik zəmanəti verməyəcək
Tarix: Dünən, 15:01 | Çap et


ABŞ Ukraynaya gələcəkdə Rusiyanın təcavüzünə qarşı təhlükəsizlik zəmanətlərini Kiyev və Moskva arasında müharibəni bitirəcək ümumi bir razılaşma əldə edilməyincə verməyəcək.

APA xəbər verir ki, bu barədə “Politico” 2 avropalı və bir ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, bu, heç də Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq üçün edilmir, sadəcə ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarını poza biləcək hər hansı bir razılaşmaya qol çəkmək istəmir.

“Bu, sülh danışıqlarını pozarsa, onun heç bir mənası olmayacaq”, - Tramp administrasiyasından yüksək rütbəli məmur bildirib.




Xəbərlər
 
 
 
 
 
 
18-01-2026 16:40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net