Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçir
Tarix: 22-02-2024, 12:22 | Çap et


Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçir.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında Numan Kurtulmuş deyib.

TBMM sədri bildirib ki, üsuluna uyğun sədrliyi Sahibə Qafarovaya təqdim edəcək.

Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, bu gün Asiya Parlament Assambleyasının fəaliyyəti siyasi, sosial, iqtisadi, mədəni və digər bu kimi mühüm sahələri əhatə edir: “Azərbaycan Parlamenti Asiya Parlament Assambleyasına mühüm qurum kimi baxır. İnanıram ki, təşkilat daxilində əməkdaşlığımız daha da inkişaf edəcək. Yeni mexanizmlərin yaradılması da işimizi xeyli asanlaşdıracaq”.

Sahibə Qafarova Assambleyaya sədrliyin Türkiyədən təhvil almağın qürurverici olduğunu bildirib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net