Ermənistan Azərbaycana qarşı yeni prosedura başlayıb, amma... - GƏLİŞMƏ
Tarix: 14-08-2023, 14:18 | Çap et


"İrəvan BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin qəbulu proseduruna başlayıb. Ermənistan qətnamənin qəbulu üçün BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin, o cümlədən 10 qeyri-daimi üzvün 9 səsinə ümid edə bilər. BMT Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən bir sıra dövlətlər Azərbaycanın güclü mövqeyə malik olduğu Qoşulmama Hərəkatının üzvüdür, bir sıra digər ölkələrin isə Bakı ilə əlaqələri İrəvandan daha sıxdır. Məsələn, Albaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri...".

DİA.AZ Reyting.az-a istinadla xəbər verir ki, bunu İlqar Vəlizadə deyib.

İ. Vəlizadənin fikrincə, güman etmək olar ki, ABŞ və Rusiya öz bitərəfliyini qorumaq və danışıqlar prosesinin tərəflərinə təsir imkanlarını itirməməküçün, danışıqların fəal moderatorları olmaqla, qətnamənin qəbulunu dəstəkləməyəcəklər. Amma bunun müqabilində qətnamənin qəbulunu təklif edəcəklər.

İ. Vəlizadə əlavə edib ki, mövcud vəziyyətlə bağlı xüsusi bəyanat və ya müraciətin olması da mümkündür:

“Azərbaycanla əməkdaşlıq məsələsində xüsusi mövqe tutan Böyük Britaniyanın daha təmkinli mövqedən çıxış edəcəyinə də ümid etmək lazımdır".

Politoloq qeyd edib ki, bütünlüklə İrəvanın mövqeyinin tərəfində olan fransız diplomatiyasının xüsusi fəallığı, Parisin ayrı-ayrı ölkələrlə, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri ilə sıx əlaqələri bu qətnamənin qəbulu ilə bağlı kəskin mübahisələri və hətta münaqişənin başvermə ehtimalını istisna etmir: "Azərbaycan üçün bu variant danışıqlar prosesinin moderatorlarının - Vaşinqton və Moskvadakı danışıqlarda iştirakının dayandırılmasına qədər ən radikal qərarların qəbuluna xidmət edə, onun gələcək kursuna qərəzsiz münasibətin sonu demək ola bilər. Brüsselin bu şərtlər daxilində yeganə müvafiq platforma olaraq qalması da mümkündür”.

İ. Vəlizadə xatırladıb ki, prezident İ. Əliyev bundan əvvəl Ermənistanın sülh müqaviləsinə Azərbaycandan daha çox ehtiyacı olduğunu və Azərbaycanın sülh müqaviləsi olmadan da yaşayacağını bəyan edib. “Bu və ya digər şəkildə aydındır ki, münaqişə tarixinin sonu hələ müəyyənləşməyib və Laçın ətrafında vəziyyətin gərginləşməsi yeni şəraitdə ancaq münaqişə gündəmini oyadır",- deyə politoloq əlavə edib.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net