Kreml: Dəyişmiş şərait yaxın gələcəkdə Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına imkan verir
Tarix: 26-05-2023, 14:53 | Çap et


Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün "gələn həftənin sonunda Moskvada" toplaşacaqlar.

"Hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur, çünki əsas hələlik yekun nəticədir, burada heç kim vaxtın dalınca getmir", - Peskov bildirib.

Kreml sözçüsünün sözlərinə görə, “məhz bu səbəblərə görə, çətin ki, indi kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin”.

“Baxmayaraq ki, dünən görüşdə deyildiyi kimi indi şərait bir çox aspektlərdə, əslində isə konseptual olaraq dəyişib, bu dəyişmiş şərait artıq yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına imkan verir”, - Peskov bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net