SON DƏQİQƏ! Aİ-dən çoxdan gözlənilən TƏKLİF GƏLDİ - Rusiyanı qəzəbləndirən addım
Tarix: 2-12-2022, 18:35 | Çap et


Avropa İttifaqı Komissiyası üzv ölkələrə Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinin tavan qiymətinin 60 dollar olmasını təklif edib
Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiyanın Avropaya qaz axınını dayandırması Avropa İttifaqını (Aİ) son illərin ən böyük enerji böhranı ilə üz-üzə qoyub.

Vertikal.az Musavat.com-a istinadən xəbər verir ki, 2023-cü il üçün Avropada qazın qiyməti orta hesabla bir meqavatsaat üçün 108 avro təşkil edib ki, bu da əvvəlki onilliyin orta göstəricisindən dörd dəfə çoxdur.

Havaların soyuması ilə qaranlıq və soyuq qışa hazırlaşan Avropa İttifaqına üzv 27 ölkə Rusiya neftinə tətbiq olunacaq tavan qiymətlə bağlı danışıqlarını davam etdirir. Aİ Komissiyası üzv ölkələrə Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinin ən yüksək qiymətinin 60 dollar olmasını təklif edib.



Təklif qəbul edilməsi üçün bütün Aİ-yə üzv ölkələr tərəfindən təsdiq edilməlidir, lakin Rusiya neftinin tavan qiymətini mümkün qədər aşağı həddə saxlamağa çalışan Polşa, Litva və Estoniya hələ də bu təklifi təsdiqlənməyib.

"AP"ə danışan və adı açıqlanmayan yüksək vəzifəli məmur Polşanın mümkün qədər aşağı rəqəm əldə etmək üçün müqavimət göstərdiyini vurğulayıb.

Təkliflə yeni qiymətlərin məhdudlaşdırılması mexanizminin yaradılması da gözlənir.

Avropa İttifaqının Rusiya xam neftinin idxalına qadağaları dekabrın 5-dən qüvvəyə minəcək. Aİ ölkələri neftin qlobal qiymətlərində qəfil artımın qarşısını almaq və Rusiyanın neft satışından əldə etdiyi gəlirləri azaltmağı hədəfləyir. Bu, qiymət limiti ilə yanaşı, Rusiyanın Ukraynaya qarşı mübarizə imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, dünya neft hasilatının təxminən 10 faizini təmin edən Rusiya son vaxtlar tavan qiymət tətbiqinə reaksiya verib.



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı açıqlamasında belə bir ehtimalın qlobal enerji bazarına böyük ziyan vura biləcəyini bildirib.

Bu qərarı həyata keçirən Qərb ölkələrinə Rusiyadan neft axınının kəsiləcəyini bildirən Zaxarova qeyd edib ki, rus neftinə tavan qiymət tətbiqi təkcə bazar yox, həm də anti-bazar tədbiridir:

"Bu, təchizat zəncirini pozur və qlobal enerji bazarında vəziyyəti xeyli çətinləşdirir”.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net