Paşinyan və Blinken Azərbaycanla normallaşma prosesini müzakirə edib
Tarix: 15-11-2022, 10:52 | Çap et


Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Vertikal.az APA-ya istinadən istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər, noyabrın 7-də Vaşinqtonda baş tutmuş Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə toxunublar.

Blinken öz növbəsində ABŞ-ın iki ölkə arasında əlaqələrin normallaşması üçün dəstəyini davam etdirəcəyini bildirib.

Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net