Putin Zelenski ilə mümkün görüşdən danışıb
Tarix: 17-09-2022, 09:57 | Çap et


Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşdən danışıb.

VERTİKAL.AZ BAKU.WS'a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“O (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan -red.) Prezident Zelenski ilə görüşün hansısa müsbət nəticəyə gətirib çıxara biləcəyinə inanaraq görüş təklif edir”, - Putin bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, görüş üçün zəruri olan ilk şərt rəsmi Kiyevin razılığıdır.

"Ancaq onlar imtina edirlər! Zelenski elan etdi! O, açıq şəkildə - bilmirəm harada, amma açıq şəkildə - hazır olmadığını və Rusiya ilə danışmaq istəmədiyini söylədi", - Putin əlavə edib.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net