KİV: Ərdoğan Putinlə Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə edəcək
Tarix: 14-09-2022, 17:19 | Çap et


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmaları Səmərqəndə müzakirə edəcək.

APA-nın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə adı açıqlanmayan Türkiyə rəsmisi bildirib.

“Bu məsələ Putinlə müzakirə ediləcək. Çünki Rusiya və Türkiyənin bu müharibənin sona çatdırılmasında oynadığı rol və bunun ardınca birgə fəaliyyəti aşkardır”, - rəsmi deyib.

Rəsmi əlavə edib ki, Türkiyə iki ölkə arasındakı problemin aradan qaldırılması məqsədi ilə kontaktlara başlayıb.

“Bu, daha da böyümədən başa çatmalıdır. Türkiyə hər mənada Azərbaycanın yanında olacaq”, - rəsmi vurğulayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində cümə günü Özbəkistanda keçiriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net