Afina ilə Ankara arasında gərginlik: Yunanıstan Türkiyəni münaqişəyə çəkir - İNCƏLƏMƏ...
Tarix: 31-08-2022, 09:10 | Çap et


Yunanıstan Türkiyəni S-400 hava hücumundan müdafiə sistemlərini işə salmağa məcbur etməklə Ankara ilə Qərb arasında münaqişəni alovlandırmaq istəyir. Bu fikirləri türkiyəli tanınmış ekspertlər bildiriblər. Türkiyənin “Yeni Şəfəq” qəzetinə danışan analitiklərin fikrincə, Afina Ankaranın sülhsevər olmaması və sonuncunun müharibəyə başlamaq istəyi ilə bağlı mif yaratmaq istəyir.

Nəşr yazır ki, Ankaranın getdikcə daha çox qlobal oyunçuya çevrilməsi Yunanıstan üçün xoşagəlməz haldır. Ekspertlərin fikrincə, Afina ya Türkiyə ilə müharibə istəyir, ya da qonşu ölkəni S-400-ləri işə salmağa məcbur edir. Bununla da, Türkiyə ilə Qərb arasında münaqişə yaradır.

Təqaüddə olan briqada generalı, dosent Fahri Erenel qeyd edib ki, Yunanıstan gərginlik yaratmaqla Türkiyənin dünya diplomatiyasındakı xidmətinə xələl gətirmək istəyir.

“Yunanıstan belə təəssürat yaradacaq ki, Türkiyə sülhsevər deyil, müharibə istəyir. Afina türkiyəni mümkün cavab tədbirləri ilə tələyə salmağa çalışır. Təbii ki, burada ABŞ-la əməkdaşlıq olduğu aydındır”, general qeyd edib.

Təqaüddə olan pilot general-leytenant Ərdoğan Karakuş Yunanıstanın davranışlarının ciddi nəticələr verə biləcəyini deyib: "İstəyirlər ki, Türkiyə təyyarələri havaya qalxsın, gərginlik yaransın. Bu onların məqsədidir. ABŞ Yunanıstanla həm də ona görə işləyir ki, Türkiyənin diqqətini Suriyada mümkün əməliyyatdan yayındırsın, bununla əməliyyatın qarşısını alsın".

Avqustun 23-dən etibarən Türkiyə mediası Yunanıstan tərəfinin F-16 qırıcıları ələ keçirmək və müşayiət etmək üçün S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirdiyini yazır. Məlumata görə, avqustun 23-də Türkiyə təyyarələri Rodosun qərbində təxminən 3 kilometr yüksəklikdə olub. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tapşırıqlarını yerinə yetirərək hava bazalarına qayıdıblar. Yunanıstan Türkiyənin S-300-dən istifadə ilə bağlı iddialarını rədd edib. Həmin gün Türkiyənin Yunanıstanın bu ölkəyə qarşı hərəkətləri ilə bağlı məsələni NATO səviyyəsində qaldıracağı bildirilib.

İyulun 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla müharibəyə başlamaq fikrlərində olmadığını, lakin Afinanın Türkiyənin hava məkanını pozduğunu bildirib. Onun sözlərinə görə, bu, ildə 147 dəfə baş verib. //ayna//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net