İran XİN: Ceyhun Bayramovun Tehrana səfəri uğurlu və konstruktiv idi
Tarix: 13-07-2022, 13:34 | Çap et


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri uğurlu və konstruktiv idi.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O deyib ki, İran və Azərbaycan arasında əlaqələr çoxşaxəli və müştərək əməkdaşlıq prinsiplərinə əsaslanır.

"Sevindirici haldır ki, hər iki ölkə rəsmilərinin iradəsi əlaqələrin inkişaf etdirilməsindən yanadır".

İran və Azərbaycan arasında müştərək əməkdaşlıqdan danışan N.Kənani bildirib ki, iki ölkə enerji, tranzit və digər sahələrdə əlaqələrin inkişafına dair danışıqlar aparır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net