Azərbaycanda QH Parlamentlər Şəbəkəsinin iclasının keçiriləcəyi tarix məlum olub
Azərbaycanda Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclasının keçiriləcəyi tarix məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, iclas iyunun 30-da başlayacaq və iyulun 2-nə kimi davam edəcək.
Qeyd edək ki, 2021-ci il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilmişdi.