Siyavuş Novruzov: “Hərəsi bu işçilərdən 5 nəfər ayırsa, problemlər həll oluna bilər”
Tarix: 17-06-2022, 14:06 | Çap et

Komitə sədri Siyavuş Novruzov parlamentdəki çıxışında Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri ilə bağlı mövcud olan məsələlərdən bəhs etdi. Deputat bildirdi ki, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilərin narazılığının hansısa formada həlli yolu tapılmalıdır.

Komitə rəhbəri qeyd etdi ki, müvafiq dövlət qurumları həmin şəxslərin şikayətlərini dinləmək üçün komissiya yarada bilərlər. Təklif etdir ki, narazı şəxslər həmin komissiyaya dəvət edilsin, sənədləri araşdırılsın: “Biri özünü öldürür, digəri özünü asır. Misal olaraq, qazi gəlir nazirliyə və ona cavab verilir ki, sənin sənədlərin kompüterdə yoxdur, özün hazırla! Sən nazirlik əməkdaşısan, ona Prezidentin qayğısını hiss etdir. Burada cəmi bir həftəlik iş var, böyük problem deyil. Dörd aidiyyəti qurum var ki, hərəsinin minlərlə işçisi var. Hərəsi bu işçilərdən 5 nəfər ayırsa, problemlər həll oluna bilər. Bunu etmirlər və anti-Azərbaycan qüvvələrin əlinə dəstəvuz verirlər ki, danışsınlar. Bu məsələni yoluna qoyun!”

S.Novruzov nəhayət, bu məsələlərə son qoyulmasını, səlahiyyətli şəxslərin öz işlərinin öhdəsindən gəlməsini zəruri saydı. Bildirdi ki, əks halda dövlətin uğurlu siyasətinə kölgə salmış olurlar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-12-2022 10:01
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net