Ərdoğanın müavini: “Ermənistanla normallaşma prosesini Azərbaycanla koordinasiya edirik”
Tarix: 16-06-2022, 13:38 | Çap et


“Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik”.

Bunu APA-nın sualına cavab olaraq AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Əfqan Ala deyib.

O bildirib ki, tarixə keçən 44 günlük Zəfərdən sonra Azərbaycan və Türkiyə dövlət başçılarının səsləndirdiyi fikirlər sülhün və sabitliyin təmin edilməsi istiqamətində olub.

AKP sədrinin müavini qeyd edib ki, Ermənistanla münasibətlərin daha da irəliləməsi üçün görüşlər davam edir: “Artıq xüsusi nümayəndələrin görüşləri keçirilib. Münasibətlərin yaxşılaşacağını gözləyirəm. Bundan başqa, hər kəs bilir ki, Azərbaycanın “yox” deyəcəyi işə biz əvvəldən “yox” demişik. “Hə” deyəcəyi işlərə isə “hə” demişik. Ona görə də əlaqələrin inkişaf etməsinin bölgənin xeyrinə olduğunu düşünürük. Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Hər kəsin bu qardaşlıqdan dərs çıxarması tövsiyə olunur. Biz heç kimin zərər çəkəcəyi siyasət aparmırıq. Hər kəsin faydalanacağı hədəf birliyi içərisindəyik. İnanıram ki, onlar da bu işə töhfələrini verərlər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net