Blinken: "ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk görüşünü alqışlayır"
"ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk görüşünü alqışlayır".
APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken "Twitter"səhifəsində yazıb.
"ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və regionda sülhün bərqərar olması üçün davamlı müsbət impuls və ikitərəfli dialoqa çağırır",- deyə Blinken qeyd edib.