Borrell: “Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayırıq”
Tarix: 24-05-2022, 10:43 | Çap et


Brüsseldə Avropa İttifaqı Şurasının (Aİ) Prezidentinin Ermənistan və Azərbaycan liderlərinə ev sahibliyi etdiyi 3-cü üçtərəfli görüşü alqışlayırıq.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də yazıb.

“Mən dayanıqlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirəm”, - o vurğulayıb.

Borrell Aİ-nin regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcəyini qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net