“Gürcüstanda Rusiyanın növbəti işğal hücumu ilə bağlı narahatlıq var”.
Musavat.com Publika.az -axəbər verir ki, bu barədə Kolumbiya Universitetinin Beynəlxalq Əlaqələr Məktəbinin müəllimi Linkoln Mitçell deyib.
Mitçell bu fikrə Gürcüstana səfərindən sonra gəlib. O, CNN üçün qələmə aldığı məqaləsində yazır ki, Rusiyanın növbəti işğal hücumu ilə bağlı narahatlıq bu ölkənin bütün siyasi spektrində hiss olunur.
“Hakim partiyanın deputatlarından biri mənə dedi ki, Putin Ukraynada tez qələbə qazansaydı, növbəti hədəfi Gürcüstan ola bilərdi. Bununla yanaşı, diplomatlar və siyasətçilər hesab edirlər ki, Rusiya Ukraynada müharibə aparsa da, istənilən vaxt Gürcüstana da heç bir real səbəb olmadan müdaxilə edə bilər”, - Mitçell qeyd edir.