Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə İşçi qrup yaxın gələcəkdə görüşə bilər
Tarix: 5-05-2022, 14:01 | Çap et

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya ilə bağlı müzakirələr davam edir.

APA "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib.
“Bununla bağlı müzakirələr davam edir. Təbii ki, biz ümid edirdik ki, aprelin sonuna kimi həll yolunu tapmaq və irəliləyiş mümkün olacaq. Ancaq deyə bilərəm ki, hazırda intensiv müzakirələr davam edir, yaxın gələcəkdə həmin görüşün baş tutacağına ümid var. İşçi qrupla bağlı yanaşmalar ətrafında müzakirələr gedir, digər məsələlərlə bağlı da müəyyən suallar var və hələlik onlara yekun cavab tapmamışıq. Cavab tapan kimi ictimaiyyətə açıqlama veriləcək və görüş olacaq”, - Armen Qriqoryan qeyd edib.

Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Avropa İttifaqı və Ermənistan liderlərinin üçtərəfli görüşündə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi qrupunun aprelin sonunadək formalaşdırılması ilə bağlı razılıq əldə olunmuşdu.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net