"Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır".
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.
“Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük” – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil: “Müəyyən müsbət addım görürük, sonra nəsə baş verir və geri addım atırlar”.