Zelenski NATO-nu yenidən ittiham edib
Tarix: 24-03-2022, 14:17 | Çap et


"Sizin minlərlə döyüş təyyarələriniz var, amma birini də olsa bizə verməmisiniz".

Vertikal.az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammitində onlayn çıxışı zamanı deyib.

Zelenski vurğulayıb ki, nəzərə çarpan yardımlara baxmayaraq, Ukrayna hələ də müdafiə üçün lazım olan qədər silah qəbul etmir. O, Ukraynanın aviasiya vasitələri ilə yanaşı, digər silahlara da ehtiyac duyduğunu xatırladıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net