Azərbaycan Xarici İşlər Nazirliyi Ararat Mirzoyana cavab verib
Tarix: 15-03-2022, 18:15 | Çap et
Azərbaycan Xarici İşlər Nazirliyi Ararat Mirzoyana cavab verib

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bu, Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə əlaqədar təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərinə dair şərhində əksini tapıb.
“Biz, dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük.

Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.

Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir”, deyə qeyd edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-12-2022 10:01
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net