Peter Mixalko: “Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə əldə olunacaq”
Tarix: 14-03-2022, 10:56 | Çap et
Peter Mixalko: “Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə əldə olunacaq”

“Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə əldə olunacaq”

APA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "FantazEU" Mədəni İrs Festivalı çərçivəsində səfirlər və tanınmış Avropa və Azərbaycan ekspertləri tərəfindən “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” adlı seminarda çıxışında deyib.

Aİ səfiri bildirib ki,“Şərq Tərəfdaşlığı” əməkdaşlıq proqramıdır. O, Rusiyadan qoşunlarını Ukraynadan çıxarmağa və bu ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırış edib.

Səfir qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın tarixinə toxunaraq deyib ki, bu proqram strateji tərəfdaşlığa əsaslanıb, məqsəd tərəfdaş ölkələr və Aİ əlaqələrini dərinləşdirmək, eyni zamanda tərəfdaş ölkələrin inkişafı və rifahına dəstək verməkdir.

“Şərq Tərəfdaşlığı öz tərəfdaşlarının dayanıqlılığını gücləndirir hazırda, Aİ-nin əsas proriteti Rusiya təcavüzü fonunda Ukraynanı dəstəkləməkdir. Aİ hiber təhlüklərə qarşı dəstək verməyə hazırdır. Biz Gürcüstan və Moldovanı dəstəkləyirik", - deyib.

Səfir Aİ ilə Ukrayna, Gürcüstan və Moldova arasındakı sıx əməkdaşlıq olduğunu vurğulayıb.

"Bu ölkələr üzvlük üçün müraciət edib. Aİ bunu müzakirə edir."

Piter Mixalko Azərbaycanla Aİ arasında əməkdaşlığa da toxunub.

“Dekabrda liderlərin sammitində Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq istiqamətləri vurğulandı. İkitərfli sazişin əldə olunması münasibətlərə yeni təkan verəcək. İndi Şərq Tərəfdaşlığı olmadığı qədər vacibdir və biz regionda şərtlərə uyğun dəyişməliyik”.

Aİ rəsmisi Azərvbaycanla Aİ arasında ikitərəfli sazişin imzalanmasının əməkdaşlığı yeni səviyyəyə daşıyacağını deyib.

“Azərbaycanla gələcək əlaqələrlə bağlı hüquqi baza mövcuddur. Yeni saziş də tezliklə imzalanacaq. Hər iki tərəf bu sazişin tez zamanda imzalanması üçün maraq var”.

Piter Mixalko Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıq perspektivinə toxunub.

“Azərbaycan tvinniq layihələrində öndədir, bu da müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına təkan verir. Biz idxal və ixrac sahəsində inkişafı görməyə şad olacağıq. Aİ Azərbaycanda ən böyük xarici investordur. Azərbaycan logistika sahəsində böyük potensialı var. Regionun Aİ üçün rolu böyükdür və gələcəkdə bu daha güclənə bilər”.

Təhsil sahəsində əməkdaşlığı qeyd edən Aİ səfir deyib ki, azərbaycanlı tələbələr "Erasmus" proqramı çərçivəsində Aİ ölkələrində təhsil alır.

Aİ komissarının Azərbaycana səfərini xatırladan Peter Mixalko deyib ki, 5 istiqamətdə maliyyə dəstəyi nəqliyyat dəhlizinin rəqəmsallaşması, orta və kiçik sahibkarlara dəstək, “ağıllı” və “yaşıl” şəhərlərə dəstək və s. bura daxildir.

Aİ və Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində çox yaxından əməkdaşlıq edir və bu format Aİ ilə Azərbaycana bu istiqamətdə geniş imkanlar təklif edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net