100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib
Tarix: 25-02-2022, 13:40 | Çap et
100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib

“Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”.
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, XİN və səfirlik Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi, evlərində qalmaq tövsiyə olunub: “Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar. Eyni zamanda, Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100 nəfər Ukraynadan Moldovaya keçib”.

XİN başçısı qeyd edib ki, Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net