Prezidentin köməkçisi Xocalı qətliamına görə Sarqsyan və Koçaryanın məsuliyyət daşıdığını bildirib
Tarix: 25-02-2022, 11:53 | Çap et
Prezidentin köməkçisi Xocalı qətliamına görə Sarqsyan və Koçaryanın məsuliyyət daşıdığını bildirib

Xocalı faciəsinin törədilməsində Ermənistan dövləti ilə bərabər, Serj Sarqsyan və Robert Koçaryan kimi şəxslər də məsuliyyət daşıyırlar. Sarqsyan britaniyalı jurnalistə demişdi ki, Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki azərbaycanlılara qarşı belə addımlar atmazlar.
APA-nın xəbərinə görə, bu barədə bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Xocavəndin Edilli kəndi yaxınlığında işgəncə məkanı və kütləvi məzarlıq aşkarlanıb.

Onun sözlərinə görə, orada insanlara işgəncə verib, sonra qətlə yetiriblər.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülhə hazırdır: “Ancaq Ermənistan Xocalıya, törətdiyi digər qətliamlara görə hüquqi müstəvidə cavab verməlidir. Ermənistan cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə mütləq üzr istəməlidir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net