Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
APA xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur.
Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.