Fərid Şəfiyev Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə münasibət bildirib
Tarix: 14-01-2022, 12:39 | Çap et
Fərid Şəfiyev Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə münasibət bildirib

“Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü keçiriləcək. Türkiyə və Ermənistan münasibətləri ilə paralel Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşarsa, bu, bizim üçün faydalı olar”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televiziyalarına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F. Şəfiyev deyib ki, bəzi dairələr Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını istəmirlər: “Mən 3+3 formatına da münasibət bildirmək istəyirəm. Gürcüstan bu formatda iştirak etmir. Bu da başa düşüləndir. Bu format ona görə yaradılıb ki, heç kən kənarda qalmasın. Mən özüm də 2 gün sonra Gürcüstanda səfər edəcəm”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net