Əvvəl-axır Rusiya ilə toqquşma baş verəcək, ziyan görən Ukrayna olacaq
Tarix: 23-12-2021, 11:51 | Çap et
Əvvəl-axır Rusiya ilə toqquşma baş verəcək, ziyan görən Ukrayna olacaq

NATO-nun Rusiya sərhədlərinə doğru bundan sonrakı hərəkəti Moskva tərəfindən "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək. Bu bəyanatı Rusiyanın Xarici işlər naziri Sergey Lavrov səsləndirib. Nazir bildirib ki, NATO-nun genişləndirilməsinə dair Moskvanın mövqeyi bəllidir: “Əgər alyans Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməyə davam edərsə, bu, “qırmızı xətlər”in keçilməsi kimi dəyərləndiriləcək”. Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətinə dair müqavilə layihələrini yayımlayıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə təqdim olunub. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişləndirilməməsinə təminat versin.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun "RİA Novosti"yə verdiyi məlumata görə, hərbi alyans və Amerika Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər. Bu arada Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya yaxınlığında NATO təlimlərinin miqyasının artdığını bildirib: “Amerika Rusiya yaxınlığında qoşun hazırlığı tədbirlərinin miqyasını və intensivliyini məqsədyönlü şəkildə artırır. Tez-tez obyektlərə şərti nüvə raketlərinin buraxılışını həyata keçirən strateji aviasiyadan istifadə edirlər. Onlar tez-tez obyektlərimizə şərti nüvə raketlərinin buraxılışını həyata keçirən strateji aviasiyadan istifadə edirlər”.

DİA.AZ-ın məlumatına görə, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə vurğulayıb ki, əvvəl-axır Rusiya ilə toqquşma baş verəcək. Lakin analitikə görə, bu toqquşmanın tərəfi heç bir halda Qərb, ABŞ və Avropa olmayacaq:

“Rusiyanın silahlı qüvvələri de-fakto Ukrayna sərhədində cəmlənib. Moskva hərbi əməliyyatların başlaması ilə bağlı nəbz yoxlaması etdi. Görünən odur ki, Qərb sadəcə diplomatik yollarla, iqtisadi sanksiyalarla cavab verəcək. Əlavə olaraq, səfirlikləri qapada, digər münasibətləri kəsə bilər. Bununla Rusiya heç nə itirməyəcək. Qərb öz addımları ilə Rusiyanı qızışdırmaqla məşğuldur. Belə getsə, Ukrayna da Polşanın aqibətini yaşamaq məcburiyyətində qalacaq. Burada Qərblə hansısa aktiv hərbi toqquşmalardan söhbət getmir. Rusiyanın imperial gücü qarşısında qalacaq ölkə Ukraynadır. Bəli, Ukrayna ilə hərbi əməliyyatlar başlaya bilər. Kiyevin də buna çox tab gətirməsi qeyri-mümkündür”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net