"NATO-nun bu addımı "qırmızı xətt"in keçilməsidir" - Lavrov
Tarix: 21-12-2021, 17:04 | Çap et
"NATO-nun bu addımı "qırmızı xətt"in keçilməsidir" - Lavrov

NATO-nun Rusiya sərhədlərinə doğru daha da irəliləməsi Moskva tərəfindən “qırmızı xəttin” keçməsi kimi qiymətləndiriləcək.

"Unikal" xəbər verir ki, vu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz məlumdur - əgər alyans Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmaqda davam edərsə, bu, qırmızı xətt olacaq", - Lavrov jurnalistlərə deyib.

Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la müqavilə layihəsini və NATO ilə təhlükəsizlik təminatlarına dair sazişi dərc edib. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib. Müqavilə layihəsinin bəndlərindən biri təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə genişlənməyəcəyinə zəmanət versin. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net