Makron niyə Azərbaycan dilində status yazdı? – “Moskva boş dayanmayacaq və...”
Tarix: 18-12-2021, 13:53 | Çap et
Makron niyə Azərbaycan dilində status yazdı? – “Moskva boş dayanmayacaq və...”

Ötən gün Fransa Prezidenti Emmanuel Makronun sosial şəbəkə hesabında Azərbaycan dilində yazdığı status müzakirə obyektinə çevrilib. Makron Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdən sonra "Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - deyə paylaşımında qeyd etmişdi.

Maraqlıdır, Emmanuel Makronun bu addımı nəyə hesablanıb? Fransa hansı mesajları vermək istəyir?

DİA.AZ xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ümumiyyətlə Makronun Azərbaycan və Ermənistan arasında vasitəçiliyi, hər iki liderlə birgə görüşü Ermənistanın maraqlarına xidmət edir. Onun sözlərinə görə, Makron və rəsmi Parisin mövqeyi ATƏT-in Minsk qrupunun formatının davam etməsi və regionda etnik ermənilərə yeni bir "status" tanımaqdır:

"Fransanın iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində vasitəçiliyi mümkün deyil. Prosesdə Rusiya var və Moskva çalışır ki, proses nəzarətindən çıxmasın. Amma gələn ildən Ermənistan Baş naziri Nikol Paşinyan çalışacaq ki, Rusiyadan kənar Azərbaycanla birbaşa danışıqlara getsin və mümkün razılaşmalar əldə edilsin. Necə ki, Brüsseldə dəmiryol xəttinin çəkilməsi razılaşdırıldı”.

Politoloq xatırladıb ki, prezident İlham Əliyev də Ermənistana birbaşa görüşü dəfələrlə təklif edib:

"Çünki Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar kağız üzərində qalır. Mümkündür ki, növbəti ildən iki ölkə arasında normallaşma prosesi sürətlənsin. Amma Moskva da boş oturmayacaq. Sabotajlara əl atacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net