"Brüssel bəyanatı Azərbaycanın maraqlarına uyğundur" - FAKT BUDUR!
Tarix: 15-12-2021, 12:45 | Çap et
"Brüssel bəyanatı Azərbaycanın maraqlarına uyğundur" - FAKT BUDUR!

Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub. Və Şarl Mişelin təşkil etdiyi görüşün sonunda bəyanat imzalanıb.
"Brüssel bəyanatının müddəaları Azərbaycanın maraqlarını özündə əks etdirir". DİA.AZ xəbər verir ki, bu barədə Bizimyol.info saytına politoloq Tural İsmayılov danışıb. O, qeyd edib ki, Brüssel görüşündə imzalanmış bəynatda bir çox məsələlər var ki, bu da qalib tərəf kimi Azərbaycanın maraqlarını yüksək səviyyədə özündə ehtiva edir: “Nikol Paşinyan Qərb siyasi dairələrindən yetişdirilmiş bir adam olduğuna görə, daim Avropadakı siyasi mərkəzləri öz təxribatları və provakasiyalarına inandırmağa çalışıb. Dünənki bəyanatda; 10 noyabr, 11 yanvar və 26 noyabr Soçi bəyanatında irəli sürülən müddəaların yerinə yetirilməsi ilə bağlı Avropa Şurası İttifaqı da öz mövqeyini ortaya qoydu. Cənubi Qafqaz adlı Qarabağ zəfərimizdən sonrakı siyasi situasiyada Avropa İttifaqı Şurası ilə Rusiyanın eyni siyasi xəttə sadiq olduğu görülür”.

Ekspert hesab edir ki, Brüssel görüşündə ən önəmli məsələlərdən biri itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin aydınlaşdırılması üçün Avropa Şurası İttifaqının prezident tərəfindən çağırışın edilməsi də müstəsna əhəmiyyətə malikdir. Çünki Azərbaycan illərdir birinci Qarabağ Müharibəsində əsir və itkin düşmüş 4 min və bəlkə də daha çox Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, qarşı tərəfdən heç bir açıqlama verilməyib.

Eyni zamanda beynəlxalq təşkilatlar da bu məsələdə lazımi mövqeni ortaya qoymurdu. Lakin Avropa Şurası Prezidentinin dilində əsir və itkin düşmüşlərlə bağlı məsələnin həllinə çağırış çox mühim əhəmiyyətə malikdir. Bununla yanaşı, tərəflər arasında dəmiryol kommunikasiyalarının qurulması və minatəmizləmə işlərində Azərbaycana müvafiq yardımın göstərilməsi ilə bağlı Avropa Şurası İttifaqının verdiyi bəyanat mühim əhəmiyyətə malikdir.

“Bütünlükdə 14-15 dekabr həm Azərbaycan Prezidenti Cənab İlham Əliyevin NATO baş katibi Yens Stoltenberqlə, həm Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşləri, eyni zamanda Şərq Tərəfdaşlığı Sammiti proqramı fonunda dünənki Brüssel bəyanatında ölkəmizin maraqlarını ehtiva edən bəndlərin yer alması Azərbaycanın diplomatik situasiyada növbəti dəfə qələbəsini özündə ehtiva edir”,- deyə ekspert bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net