Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun iclası yaxın günlərdə davam edəcək
Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryandan ibarət işçi qrupu dekabrın 1-də Moskvada keçirilən görüşdən sonra yaxın günlərdə regional kommunikasiyaların açılması ilə bağlı işi davam etdirəcək.
Bu barədə Ermənistan hökumətinin baş nazirinin müavininin ofisindən məlumat verilib.
Mənbə: TASS