Dövlət agentliyi iş adamlarına müraciət etdi
Tarix: 22-11-2021, 15:40 | Çap et
Dövlət agentliyi iş adamlarına müraciət etdi

“Bu günə qədər Azərbaycandan 205 müəssisənin Rusiyaya ixracına icazə verilib”.

Vertikal.az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.

O bildirib ki, həmin müəssisələrdə AQTA tərəfindən aparılan monitorinq və ekspertizalar zamanı bitki bakteriyaları və viruslar aşkar edilməyib.

Qoşqar Təhməzli vurğulayıb ki, halbuki bu müəssisələrin ixrac partiyalarını yoxlayan zaman məhsullarda viruslar aşkar edilib:

“Buna səbəb sahibkarların fitosanitar qaydalara düzgün əməl etməməsidir. Belə çıxır ki, onların təsərrüfat mallarının arasına digər partiyalardan olan məhsulların qarışıb. Bununla bağlı şübhələr ortaya çıxır. Müvafiq səbəblərdən dolayı iş adamlarına müraciət edərək, xahiş edirik ki, onlar digər ölkələrə məhsul ixrac edərkən AQTA-ya müraciət etsinlər. Onlar bizim tərəfimizdən müvafiq istiqamətdə dəstək ala bilərlər”.

O qeyd edib ki, bu il ölkənin 360 min ton ümumi ixrac potensialı var və artıq 120 min tona yaxın pomidor ixrac olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net