Hikmət Hacıyev: “Ermənistan doktrinasını dəyişdirməli, Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir”
Tarix: 5-11-2021, 12:31 | Çap et
Hikmət Hacıyev: “Ermənistan doktrinasını dəyişdirməli, Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir”

“Hər zaman xarici ölkələrin Zəfər bayramlarında iştirak edəndə özümə sual verirdim ki, nə vaxtsa biz də bu tarixi bayram kimi qeyd edə biləcəyikmi?! Tarixi Zəfər Günü münasibətilə əməyi keçən hər kəsə minnətdaram”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər zaman gündəmdə olan məsələ işğal altında olan torpaqların azad edilməsi idi:

“Azərbaycan ilk dəfədir müstəqillik tarixində ərazi bütövlüyü təmin edilən ölkə kimi çıxış edir. Artıq Qarabağ mövzusu xarici siyasət mövzusu deyil. Bu, artıq daxili məsələmizdir. Ermənistan doktrinasını dəyişdirməli, Azərbaycana qarşı ərazi iddialarından imtina edilməlidir”.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net