Gürcüstanın Baş naziri Kamran Əliyevi qəbul edib - YENİLƏNİB
Tarix: 15-10-2021, 16:45 | Çap et
Gürcüstanın Baş naziri Kamran Əliyevi qəbul edib - YENİLƏNİB
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya veyilən məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində nailiyyətlərin əldə olunduğu vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə Gürcüstanın Baş prokuroru İrakli Şotadze və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

Görüş zamanı Gürcüstan və Azərbaycanın müvafiq orqanları arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net