Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Üç saat davam edən toplantıdan sonra dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.
O, Suriya ərazisindən Türkiyə torpaqlarının atəşə tutulması faktını şərh edərək, son hadisələrin səbr kasasını daşırdığını bəyan edib. Ərdoğan Suriyadakı terrorçulara münasibətdə daha dözümün qalmadığını və lazımi addımların atılacağını bildirib.
Bununla yanaşı, prezident Türkiyədə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin adının dəyişdirildiyini və bundan sonra qurumun Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi adlandırılacağını qeyd edib.