İranı qorxudan iki əsas səbəb... – Lawrence Broers son gərginlik barədə
Tarix: 10-10-2021, 12:04 | Çap et
İranı qorxudan iki əsas səbəb... – Lawrence Broers son gərginlik barədə

Cənubi Qafqaz regionunda vəziyyət qarmaqarışıqdır və Ermənistanla Türkiyə arasındakı münasibətlər getdikcə daha çox suallar doğurur.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatına İngiltərə politoloqu, Londonun “Conciliation Resources” təşkilatının Qafqaz proqramının direktoru Lawrence Broers bildirib. Onun fikrincə, İrəvan bu mövzuda digər ölkələrin təzyiqindən qaçmaq üçün Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı qərar verməlidir. Broers deyib ki, indi Cənubi Qafqazda Qərb və beynəlxalq təşkilatların təsirinin azalması nəzərə alınmaqla bölgədə regional oyunçular arasında sıx rəqabət var.

"Biz görürük ki, Rusiya və Türkiyə fərqli sahələrdə münasibətləri yaxşılaşdırmağı bacardılar, həm rəqabət, həm də yüksək səviyyədə praqmatizm var. Türkiyə və İrana gəlincə, mənə elə gəlir ki, Tehran İkinci Qarabağ müharibəsinin nəticələrindən kənarda qaldı. İranı qorxudan çox səbəblər var. Bu həm Azərbaycanla yeni sərhəddir, həm də İranın etnik azərbaycanlı əhalisi arasında mümkün parçalanma məsələsidir”,- deyə Broers bildirib.

Onun sözlərinə görə, İsrail-Azərbaycan münasibətləri ilə bağlı çoxlu fərziyyələr var: "Silahlı toqquşmalar ola biləcəyinə şübhə edirəm, amma Bakı-Ankara cütlüyünün Tehranla gərgin və qeyri-sabit münasibətləri ikinci Qarabağ müharibəsinin nəticələrindən biridir". "3 + 3" təşəbbüsünə gəlincə (Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyə), politoloqun fikrincə, sərhədlərin açılması və infrastruktur layihələrinin təşviqi üçün bu çox lazımdır. Kommunikasiyaların açılmasının bir hissəsi olaraq, Moskva Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid edir. Bu, Türkiyəni Avrasiya İqtisadi Birliyi ilə əlaqələndirəcək.

Eyni zamanda, xarici təzyiqlərə baxmayaraq, İrəvanın özü bu məsələyə nəzarət etməlidir. Bunu başqalarının etməməsi üçün özü qərar verməlidir.

"Ermənistan-Türkiyə münasibətləri ilə bağlı qərarlar İrəvanda verilməlidir. Bəlkə də normallaşma prosesini bərpa etmək üçün variantlar var",- deyə Broers bildirib.

Böyük Britaniyanın Qarabağda son savaşın sponsorlarından biri olması və ya ondan bəzi faydalar götürməsi qənaətinə toxunan Broers İngiltərənin Ermənistanda çox da yaxşı olmayan imicinə diqqət çəkib. Buna müxtəlif tarixi (Azərbaycanda İngiltərə ordusu) və müasir amillər (British Petroleumun Bakıda fəaliyyəti) səbəb olub. "Lakin Böyük Britaniyanın son hadisələrdə rolunu ciddi hesab etmək üçün heç bir səbəb yoxdur. Bəzi İngiltərə firmalarının Bakının nəzarətində olan ərazilərdə işləmək niyyətində olmasına baxmayaraq, hadisələrə təsir etmək imkanı yox idi. Bunlar özəl biznes maraqlarıdır, ictimai maraqlar deyil. İngiltərənin özü həm əvvəl, həm də indi sülh layihələrini dəstəkləyir.",- deyə Broers fikrini tamamlayıb.

Bizimyol.info




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net