Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən danışıb
Tarix: 8-10-2021, 14:53 | Çap et
Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən danışıb
“Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qatarların fasiləsiz hərəkətini təmin etdik”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında 12-ci Nəqliyyat və Kommunikasiya Şurasındakı çıxışında bildirib.

O, Ankara-Sivas istiqamətində yüksək sürətli qatar xəttini yaxın vaxtlarda açacaqlarını bildirib. Onun sözlərinə görə, bir çox marşrutlarda işlərin davam etdiyini qeyd edib.

“Avtomobil yolunun uzunluğunu 1714 km-dən 3532 km-ə qədər artırdıq. 2023-cü ildə avtomobil yolunun uzunluğu 4 100 km-dək artacaq. Tunellərin ümumi uzunluğunu 50 km-dən 631 km-ə, körpünün uzunluğunu isə 311-dən 710 km-ə qədər artırdıq. Hava limanlarının sayı 26-da 56-ya, uçuşların sayını 50 ölkədən 127 ölkəyə və 329 nöqtəyə yüksəltdik”, - Rəcəb Tayyib Ərdoğan deyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net