NATO müdafiə nazirləri 21-22 oktyabr tarixlərində Brüsseldə bir araya gələcək.
"Report" xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
"Görüşlər NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərliyi altında keçiriləcək", - məlumatda deyilir.
Alyansın mətbuat xidməti görüşün proqramının daha sonra açıqlanacağını əlavə edib.