ABŞ Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib
Tarix: 1-09-2021, 14:15 | Çap et
ABŞ Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib.

"Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməklərinə çox sevindik!", - məlumatda qeyd olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net