“Azərbaycan və Ermənistan arasında 3-cü savaş qaçılmazdır” - Əbdül Nağıyev
Tarix: 31-08-2021, 19:54 | Çap et
“Azərbaycan və Ermənistan arasında 3-cü savaş qaçılmazdır” - Əbdül Nağıyev

Rusiyada yaşayan azərbaycanlı politoloq Əbdül Nağıyev Cənubi Qafqazda gərginliyin artacağı ilə bağlı sensasion proqnoz verib.

Bizim.Media xəbər verir ki, politoloq öz “Facebook” hesabından etdiyi paylaşımda Azərbaycanla Ermənistan arasında növbəti savaşın baş verməsi ehtimallarının yüksək olduğunu qeyd edib:

“Dünyanın siyasi mərkəzlərinin Azərbaycan və Ermənistan arasındakı gərginliyin həlli ilə bağlı etdiyi analizlər onu göstərir ki, bölgədə 3-cü savaşın baş verməsi qaçılmazdır”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında da, İrəvan rəsmisi tərəfindən Cənubi Qafqazda sülhü təhdid edən təhülkəli və absurd açıqlamalar verilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net