"Kiminlə güləşir öz işidir" - Parlamentdən polisi döyən deputatla bağlı AÇIQLAMA
Tarix: 30-07-2021, 11:39 | Çap et
"Kiminlə güləşir öz işidir" - Parlamentdən polisi döyən deputatla bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, iyulun 29-da Milli Məclisin deputatı Eldəniz Səlimov Nabranda qohumuna məxsus iaşə obyektində polis əməkdaşını döyüb. Deputat hadisədən sonra zənglərə cavab verməsə də, DİN faktı təsdiqləyib.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bunun onlara aidiyyəti yoxdur:

“Mənim hadisədən xəbərim yoxdur. Bu barədə İntizam Komissiyasına məlumat daxil olmayıb. İntizam Komissiyası parlamentdaxilidir. Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir onun öz işidir. Mənim xəbərim yoxdur. Axı bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur. Məsələ bizə gələrsə, araşdırıb fikrimizi deyərik. Vəssalam”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net